Ordu.az xəbər verir ki, bu barədə “Evropeyskaya Pravda” nəşri Brüsseldəki diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Rusiyaya qarşı yeni sanksiyalar paketi ötən həftə Avropa İttifaqı səfirləri tərəfindən müzakirə olunub. Həmin müzakirələr zamanı Bolqarıstan Patriarx Kirilin sanksiya siyahısına əlavə edilməsinə qarşı çıxaraq bunu dini məsələlərə müdaxilə kimi qiymətləndirib.
Diplomatik mənbələr bildiriblər ki, Bolqarıstanla yanaşı bir sıra digər ölkələr də enerji sektoruna yönəlmiş bəzi məhdudiyyətlərlə bağlı qeyd-şərtlər irəli sürüblər.
Avropa İttifaqının Daimi Nümayəndələr Komitəsinin (COREPER) növbəti iclası iyunun 17-də keçiriləcək. İclasda Avropa Komissiyasının hazırladığı Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsi davam etdiriləcək.
Daha əvvəl, 2026-cı il iyunun 9-da Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Rusiyaya qarşı hazırlanmış yeni sanksiyalar paketini təqdim etmişdi.
Yeni sanksiyaların qüvvəyə minməsi üçün Avropa İttifaqı Şurasının yekdil razılığı tələb olunur.
“Evropeyskaya Pravda”nın məlumatına görə, Rusiya neftinə tətbiq olunan qiymət tavanının yenilənməsi ilə bağlı son tarixə görə Aİ 21-ci sanksiya paketini iyulun 15-dək təsdiqləməyi planlaşdırır.
Sevinc Əliyeva
Ordu.az