Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 360-dan çox saxlanılan var

2025/05/1746175425.jpg
Oxunub: 339     13:19     06 İyun 2026    
Türkiyədə Hüquq mühafizə orqanları və Milli Kəşfiyyat Təşkilatının (MİT) birgə keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əlaqələrdə şübhəli bilinən 361 nəfər saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bir-biri ilə əlaqələndirilmiş əməliyyatlar son 20 gün ərzində Türkiyənin 39 vilayətində həyata keçirilib.

Saxlanılan şəxslər terror təşkilatının tərkibində fəaliyyət göstərməkdə, təşkilata maliyyə dəstəyi verməkdə ittiham olunurlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İŞİD  


Bizi "telegram"da izləyin