Rusiyada neft bazasında baş verən yanğının sahəsi 5 min kvadrat metrə çatır - YENİLƏNİB

2026/03/1773819599.jpg
Oxunub: 522     16:00     06 İyun 2026    
Krasnodar diyarının Ust-Labinsk şəhərində yerləşən neft bazasının ərazisində baş verən yanğının sahəsi təxminən 5 min kvadrat metr təşkil edir.

Ordu.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Ust-Labinsk rayonunun Vahid Dispetçer Xidməti məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerində Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə bölmələri fəaliyyət göstərir.

Xidmətin məlumatına görə, ölən və xəsarət alanlar qeydə alınmayıb.

***

Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) Krasnodar diyarına (Rusiya) hücumu nəticəsində Ust-Labinskdə neft bazasının ərazisində yanğın baş verib.

Ordu.az xəbər verir ki, bu barədə TASS regionun operativ qərargahına istinadən məlumat yayıb.

"Ust-Labinskdə PUA hücumu səbəbindən neft bazasının ərazisində yanğın olub. İlkin qiymətləndirməyə görə, xəsarət alan yoxdur. Yanğının söndürülməsinə 167 nəfər və 54 ədəd texnika, o cümlədən Rusiya Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub", - məlumatda bildirilib.

Yanğın baş verən neft bazasının yaxınlığındakı evlərdən 60 nəfər təxliyə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Krasnodar   PUA  


Bizi "telegram"da izləyin