"İran nüvə silahı hazırlamamağa və ya əldə etməməyə razılaşıb" - Tramp

2026/05/1779722637.jpg
Oxunub: 390     07:16     31 May 2026    
Rəsmi Tehran münaqişəyə son qoymaq üçün danışıqlar zamanı nüvə silahı hazırlamamağa və ya əldə etməməyə razılaşıb.

Ordu.az-ın məlumatına görə, bunu Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp “Fox News”a verdiyi müsahibədə deyib.

“Saziş layihəsində indi İranın nüvə silahı hazırlamayacağı və ya heç bir şəkildə əldə etməyəcəyi qeyd olunur. Bu, böyük fərqdir”, - deyə o vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, potensial razılaşma, həmçinin imzalanmadan dərhal sonra Hörmüz boğazının açıla biləcəyini nəzərdə tutur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin