Ordu.az xəbər verir ki, bu barədə o, Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” təhlükəsizlik forumu çərçivəsində jurnalistlərə açıqlamasında danışıb.
“Reuters” və “Associated Press” agentliklərinin məlumatına görə, Heqset Kiyevin davam edən Rusiya hücumları fonunda hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi ilə bağlı müraciətlərinə münasibət bildirib.
Pentaqon rəhbəri qeyd edib ki, ABŞ artıq Ukraynaya əhəmiyyətli həcmdə hərbi yardım göstərir və silah-sursat istehsalını artırmağa davam edir.
Bununla yanaşı, o vurğulayıb ki, Vaşinqton Avropadakı müttəfiqlərindən də Kiyevə dəstək məsələsində daha fəal iştirak gözləyir.
Heqsetin sözlərinə görə, ABŞ Ukraynanın müdafiə imkanlarının təmin olunması üçün “yollar axtaracaq”. Lakin o, yeni hava hücumundan müdafiə sistemlərinin və ya digər silah paketlərinin göndərilməsinin müzakirə olunub-olunmadığını dəqiqləşdirməyib.
“Reuters” və AP qeyd edib ki, Heqsetin Sinqapurdakı çıxışı əsasən ABŞ ilə müttəfiqləri arasında müdafiə yükünün yenidən bölüşdürülməsi mövzusuna həsr olunub.
Bununla yanaşı, Ukraynaya göstərilən əsas dəstəyin qorunub saxlanılacağı vurğulansa da, yeni konkret qərarlar açıqlanmayıb.
Sevinc Əliyeva
Ordu.az