NYT: Tramp Vensin siyasi varisi olmağa hazır olub-olmamasına şübhə edir

2026/05/1780162601.jpg
Oxunub: 359     21:36     30 May 2026    
ABŞ Prezidenti Donald Tramp köməkçiləri və müttəfiqləri ilə apardığı qapalı söhbətlərdə vitse-prezident Cey Di Vensin Respublikaçılar Partiyasının tamhüquqlu liderinə çevrilə və hazırkı prezidentlik müddətindən sonra Ağ Ev uğrunda uğurla mübarizə apara bilib-bilməyəcəyini daha tez-tez müzakirə edir.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp adətən bu suala özü cavab verir və etiraf edir ki, hələlik müavininin perspektivləri ilə bağlı tam əmin deyil.

Bununla belə, söhbət Vensə etimadın azalmasından getmir.

Qəzetin mənbələrinin məlumatına görə, ABŞ prezidenti onu mühüm qərarların qəbul edilməsi prosesinə cəlb etməyə davam edir, 2028-ci il seçkiləri ərəfəsində siyasi çəkisini artırmaq üçün ona geniş ictimai platformalar təqdim edir və siyasi rəqiblərə qarşı mübarizədə əsas müttəfiqlərindən biri hesab edir.

Nazirlər Kabinetinin son iclaslarından birində Tramp hətta Vensi ABŞ tarixində “Quru Qanun” dövründə mütəşəkkil cinayətkarlıqla mübarizəsi ilə məşhurlaşan əfsanəvi federal agent Eliot Nesslə müqayisə edib.

Prezident vitse-prezidenti demokratların üstünlük təşkil etdiyi ştatlarda ehtimal olunan saxtakarlıq hallarının üzə çıxarılması istiqamətində gördüyü işlərə görə tərifləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Vens   ABŞ  


Bizi "telegram"da izləyin