İsrail Ordusu: "Hizbullah"ın ölkənin şimalına ehtimal olunan zərbələrinə qarşı hazırlıq görülüb

2025/01/1736226956.jpg
Oxunub: 347     21:10     30 May 2026    
İsrailin Müdafiə Ordusu Livanın "Hizbullah" hərəkatı tərəfindən, xüsusilə ölkənin şimal bölgələrinə qarşı daha intensiv zərbələrin endirilməsi ehtimalına hazırlaşdığını bəyan edib.

Ordu.az-ın məlumatına görə, bu barədə "The Times of Israel" İsrail hərbçilərinin bəyanatına istinadən xəbər verir.

İsrail Ordusundan bildirilib ki, Livanın cənubundakı əməliyyatların genişləndirilməsindən sonra İsrail ordusu vəziyyəti qiymətləndirir və Livan ərazisindən, ilk növbədə isə İsrailin şimalına qarşı törədilə biləcək mümkün hücumlar qarşısında hazırlığını gücləndirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin