Bundesverin təxminən 3 min hərbçisi Litvada NATO-nun “Freedom Shield” təlimlərində iştirak edir

2026/05/1780159777.jpg
Oxunub: 398     20:44     30 May 2026    
Almaniya Silahlı Qüvvələrinin iki taboru Litvada yerləşdirilmiş Almaniya zirehli briqadasının ilk genişmiqyaslı təlimlərində iştirak etmək üçün bu ölkəyə göndərilib.

Ordu.az xəbər verir ki, bu barədə “OnVista” nəşri məlumat yayıb.

“Freedom Shield” təlimləri çərçivəsində Baltikyanı respublikaya Auqustdorfdan 203-cü tank taborunun və Obervixtaxdan 122-ci motoatıcı taborunun bölmələri yerləşdirilib.

Şəxsi heyətlə birlikdə Litvaya “Leopard” tankları və “Puma” piyadaların döyüş maşınları da çatdırılıb. Hərbi texnikanın daşınması dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə həyata keçirilib.

Təlimlər may və iyun aylarında Pabrade poliqonunda keçiriləcək. Təlimlərə təxminən 2 900 hərbçi, o cümlədən 2 300-ə yaxın alman hərbçisi və NATO-nun səkkiz ölkəsindən 800-ə yaxın texnika cəlb olunacaq.

Bundesverin məlumatına görə, hərbi qulluqçular pilotsuz uçuş aparatları, artilleriya, minaatanlar, zərbə helikopterləri, tanklar və zirehli texnikadan istifadə etməklə “real döyüş şəraitinə maksimum yaxın” mühitdə fəaliyyətləri məşq edəcəklər.

Almaniya NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində və Rusiya ilə münasibətlərdə gərginliyin artması fonunda Litvada 45-ci Zirehli Briqadanı formalaşdırır.

Briqadanın 2027-ci ilə qədər tam döyüş hazırlığına çatdırılması planlaşdırılır. Bildirilib ki, birləşmənin şəxsi heyətinin sayı təxminən 4 800 hərbçi və 200 mülki mütəxəssisə çatacaq.

Hazırda Litvada Almaniya hərbi kontingentinin təxminən 1 800 nümayəndəsi xidmət edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bundesver   Almaniya   Litva  


Bizi "telegram"da izləyin