Ordu.az xəbər verir ki, bu barədə “Vsquare” analitik portalı məlumat yayıb.
Mənbələrin sözlərinə görə, belə variantda əsas məsələ konkret vəzifədən çox, BMT strukturlarında yüksək postlarla əlaqəli diplomatik status hesab olunur.
BMT-nin 1946-cı il tarixli imtiyazlar və toxunulmazlıqlar haqqında konvensiyasına əsasən, baş katib, baş katibin müavinləri və köməkçiləri rəsmi vəzifələrinin icrası zamanı həyata keçirdikləri fəaliyyətlərə görə geniş hüquqi toxunulmazlıqdan yararlanırlar.
Mənbələr qeyd ediblər ki, nəzəri olaraq müzakirə edilən təyinatlar müxtəlif səviyyəli toxunulmazlıqları nəzərdə tuta bilər. Bu, yüksək vəzifələr üçün tam diplomatik statusdan tutmuş, daha aşağı vəzifələr üçün yalnız xidməti fəaliyyətə aid məhdud funksional toxunulmazlığa qədər dəyişə bilər.
Həmçinin bildirilib ki, belə ssenariyə siyasi dəstək yalnız ABŞ-dən deyil, ayrı-ayrı beynəlxalq siyasətçilərdən, o cümlədən Argentina Prezidenti Xavyer Mileydən də gələ bilər.
Bu kontekstdə BMT-nin yeni baş katibinin seçilməsi prosesinə də diqqət çəkilir. Potensial namizədlər arasında hazırda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri olan argentinalı Rafael Qrossinin də adı çəkilir.
Mənbələrin qiymətləndirməsinə görə, belə ssenari BMT rəhbərliyində mümkün dəyişikliklər ətrafında formalaşan daha geniş diplomatik proseslərin və Orbanın müttəfiqlərinin siyasi fəallığının tərkib hissəsi ola bilər.
Bundan əlavə, Orbanın ABŞ-yə mümkün səfərlərinin və ailə üzvlərinin Macarıstandan kənarda olmasının daha geniş siyasi planın elementi kimi qiymətləndirildiyi qeyd olunub. Bununla belə, konkret qərarlarla birbaşa əlaqə təsdiqlənməyib.
Eyni zamanda vurğulanıb ki, söhbət təsdiqlənməmiş və hipotetik ssenaridən gedir. Bu ssenari ya uğursuzluğa düçar ola, ya da qapalı müzakirələr mərhələsini keçməyə bilər.
Viktor Orban macar KİV-lərinə verdiyi ayrıca açıqlamada mümkün hüquqi təhlükələrlə bağlı iddiaları rədd edib.
O bildirib ki, fəaliyyətini yalnız qanun çərçivəsində həyata keçirir və bütün öhdəliklərini yerinə yetirir.
Sevinc Əliyeva
Ordu.az