Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Söhbət İran hakimiyyətinin ölkənin milli təhlükəsizliyi və maraqları əleyhinə fəaliyyət göstərən, həmçinin İsrail tərəfdarları şəbəkəsinin əsas iştirakçıları hesab etdiyi şəxslərdən gedir.
Məlumata görə, həmin şəxslərin hamısı İran hüdudlarından kənarda yaşayır. İran hakimiyyəti bildirib ki, qərar İsraillə əməkdaşlıq və casusluğa görə cəzaların sərtləşdirilməsi haqqında qanun çərçivəsində qəbul edilib.
Hazırda həmin şəxslərlə bağlı məhkəmə araşdırmaları davam etdirilir. Bildirilib ki, müsadirə edilən aktivlər əhalinin rifahı naminə istifadə olunacaq.
Vəsaitlərin müharibə nəticəsində zərər görmüş obyektlərin, o cümlədən xəstəxanaların, elmi mərkəzlərin, məktəblərin, tədqiqat institutlarının və digər ictimai əhəmiyyətli müəssisələrin bərpasına yönəldilməsi planlaşdırılır.
Hakimiyyət orqanlarının məlumatına görə, istintaq çərçivəsində adı keçən şəxslərin bank hesabları, avtomobilləri və qeydiyyatda olan daşınmaz əmlakları üzərinə həbs qoyulub.
Bütün əmlak kəşfiyyat, hüquq-mühafizə və məhkəmə orqanlarının birgə fəaliyyəti nəticəsində müəyyən edilib və sonradan məhkəmə qərarı ilə müsadirə olunub.
Sevinc Əliyeva
Ordu.az