Ordu.az xəbər verir ki, bu barədə o, Yaponiyanın “Nikkei Asia” nəşrinə verdiyi eksklüziv müsahibədə danışıb.
Fidan qeyd edib ki, Türkiyə və İsrail 1949-cu ildən etibarən diplomatik münasibətləri qoruyub saxlayıblar.
Lakin Qəzzada davam edən müharibə səbəbindən iki ölkə arasında ticarət dövriyyəsi və münasibətlər dayandırılıb.
Nazir vurğulayıb ki, Ankaranın problemi İsrail dövlətinin mövcudluğu ilə deyil, onun həyata keçirdiyi siyasətlə bağlıdır. O xatırladıb ki, Türkiyə İsraili onilliklər əvvəl tanıyıb və diplomatik əlaqələri davam etdirib.
Fidanın sözlərinə görə, əsas fikir ayrılıqları İsrail rəhbərliyinin fələstinlilərə qarşı siyasəti və Qəzzada baş verən hadisələrlə əlaqədardır. Nazir bildirib ki, mövcud şərait dəyişərsə, iki ölkə arasında münasibətlərin bərpası ehtimalı qalır.
Sevinc Əliyeva
Ordu.az