Ordu.az xəbər verir ki, bu barədə Rezai “X” sosial şəbəkəsində paylaşım edib.
“Proqnozlaşdırıldığı kimi, ABŞ Prezidenti artıq üçüncü dəfə diplomatiyaya xəyanət edir”, - deyə o bildirib.
Rezainin sözlərinə görə, Tramp dəniz blokadasını davam etdirməklə və danışıqlarda həddindən artıq tələblər irəli sürməklə yenidən danışıqlara meylli olmadığını nümayiş etdirib.
“Bu addımları ilə o, bir daha göstərdi ki, danışıqlara maraqlı deyil və başqa məqsədlər güdür”, - deyə İran rəsmisi vurğulayıb.
Daha əvvəl KİV ABŞ Prezidenti Donald Trampın İranla bağlı mümkün razılaşma məsələsinə həsr olunan müşavirəni yekun qərar qəbul etmədən başa vurduğunu xəbər vermişdi.
Məlumata görə, Trampın əsas tələbləri arasında Hörmüz boğazının açılması, həmçinin İranın nüvə materiallarının ABŞ tərəfindən çıxarılması və məhv edilməsi məsələləri yer alıb.
Sevinc Əliyeva
Ordu.az