Putin Ermənistandan AİB-ə üzvlüklə bağlı referendumun mümkün qədər tez keçirilməsini istəyib

2026/05/1780078200.jpg
Oxunub: 372     22:03     29 May 2026    
Rusiya Prezidenti Vladimir Putin Ermənistandan Avrasiya İqtisadi Birliyində qalmaq və ya Avropa İttifaqına inteqrasiya məsələsi ilə bağlı referendumun mümkün qədər tez keçirilməsini xahiş edib.

Ordu.az xəbər verir ki, bu barədə Putin mayın 29-da keçirdiyi mətbuat konfransında danışıb.

“Biz erməni tərəfdaşlarımızdan, dostlarımızdan xahiş edərdik... Baş nazir Paşinyan özü də bildirib ki, Ermənistanın harada olması, Avrasiya İqtisadi Birliyində, yoxsa Avropa İttifaqında olması ilə bağlı referendum keçirməyi planlaşdırır və bunu düzgün hesab edir. Biz istəyərdik ki, bu mümkün qədər tez həyata keçirilsin”, - deyə Putin bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Ermənistan   AİB  


Bizi "telegram"da izləyin