Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu o deməkdir ki, Rusiyada işləmək üçün patent almaq lazım olacaq.
“Bu o deməkdir ki, İcbari Tibbi Sığorta sistemindən yararlanmaq hüququ əldə etmək üçün Rusiyada ən azı 5 il yaşamaq tələb olunacaq. Və sair, və sair.
Orada çoxlu tələblər var. Bu, tamamilə başqa bir vəziyyətdir. Sadəcə olaraq hamı bu barədə açıq, aydın və dürüst danışmalıdır. Biz erməni yükdaşıyıcıları üçün icazə sisteminin bərpasına məcbur olacağıq. Bu, qaçılmazdır. Bu, əməkdaşlığın ayrıca və çox mürəkkəb sahəsidir.
Əlbəttə ki, dəmir yolu daşımaları üzrə tariflər də daxili Rusiya səviyyəsindən, hazırda tətbiq olunan daxili tariflərdən MDB ölkələri üçün nəzərdə tutulan tariflər səviyyəsinə qaldırılacaq. Və təbii ki, enerji daşıyıcılarının qiymətləri də artacaq. Bu gün mövcud olan güzəştlər, əlbəttə ki, artıq olmayacaq”, - deyə Putin bildirib.
Alpər Mövludoğlu
Ordu.az