Putin: “Enerji daşıyıcılarının qiymətinin artması Ermənistan üçün ÜDM-in ən azı 14%-nin itirilməsi ilə nəticələnəcək”

2026/05/1778345919.jpg
Oxunub: 358     21:30     29 May 2026    
“Enerji daşıyıcılarının qiymətinin artması Ermənistan üçün ÜDM-in ən azı 14%-nin itirilməsi ilə nəticələnəcək. Avrasiya İqtisadi Birliyinə üzvlüyün əsas üstünlüklərindən biri bütün üzv dövlətlərin böyük və qorunan bazarına çıxış imkanının olmasıdır”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin mayın 29-da keçirilən mətbuat konfransında Ermənistan ətrafında yaranmış vəziyyətlə bağlı sualı cavablandırarkən bildirib.

“Bu, həm Rusiyanın, həm də digər ölkələrin geniş və qorunan bazarına çıxış deməkdir. Gömrüksüz ticarət, vahid texniki və fitosanitar normalar mövcuddur. Bu da bazara çıxış imkanı yaradır.

Logistika sadələşdirilib. Bizim ümumi sərhədimiz yoxdur, lakin buna baxmayaraq, malların və xidmətlərin iqtisadi baxımdan ən sərfəli şəkildə hərəkətini təmin edə bilmişik. Bunun nə demək olduğunu bir qədər sonra izah edəcəyəm.

Digər mühüm amil enerji daşıyıcılarının aşağı qiymətləridir. Avropada qiymətlər 600 avro, bizdə isə 150 avrodan bir qədər çoxdur. Ermənistan üçün bu fərq müqayisəolunmaz dərəcədə böyükdür.

Lakin mən hər şeyi ardıcıllıqla sadalayıram. Hamı həmişə enerji daşıyıcılarından danışır. Bu, vacibdir, amma yeganə üstünlük deyil”, - deyə Putin bildirib.

Onun sözlərinə görə, bu üstünlüklər sırasında iri investisiya qoyuluşları da yer alır.

“Avrasiya İqtisadi Birliyinin Bankının məlumatına görə, Ermənistanda toplanmış investisiyaların həcmi 4,9 milyard dollar təşkil edir. Bunun 86%-i Rusiya mənşəlidir.

Buraya Rusiya mənşəli dolayı kapital qoyuluşları daxil deyil. Yəni Rusiyadan birbaşa gəlməyən, lakin faktiki olaraq Rusiyada fəaliyyət göstərən erməni biznes nümayəndələrinin üçüncü mexanizmlər vasitəsilə yatırdıqları vəsaitlər nəzərə alınmır.

Deməli, həmin 86% hələ tam göstərici deyil. Əslində bu rəqəm daha böyükdür. Məsələn, İrəvanda keçirilən görüşdən sonra avropalı tərəfdaşlar 2,5 milyard avro investisiya vəd ediblər. Necə və nə vaxt investisiya qoyulacağı isə hələ məlum deyil.

Lakin hər halda 2,5 milyard, 4,9 milyarddan azdır. Üstəlik dolayı Rusiya kapitalı da nəzərə alınmalıdır. Növbəti məsələ azad ticarət sazişlərində iştirakdır. Bunlar da bağlanacaq. Bu nə ilə nəticələnəcək?

Birincisi, tam həcmli gömrük nəzarəti və gömrük rüsumlarının bərpası ilə. Bunun nəticələrinin hesablanması lazımdır. İkincisi isə texniki tənzimləmə və fitosanitar normalar sahəsində sənədlərin qarşılıqlı tanınmasının dayandırılmasıdır. Məsələn, kənd təsərrüfatı məhsulları bizim bazara göndərilir. Bu halda biz həmin normaları tanımağı dayandıracağıq”, - deyə Putin bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin