Ordu.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk “Vesti” informasiya sisteminin sualını cavablandırarkən bildirib.
Rusiya rəsmisinə Astanada keçirilən Avrasiya İqtisadi Birliyi sammiti zamanı Ermənistanla hər hansı razılaşmanın əldə olunub-olunmaması barədə sual verilib.
“Ermənistan daim bu mövqeyə sadiq qalıb və biz də görürük ki, onlar Avrasiya İqtisadi Birliyində qalmaq istəyirlər. Lakin burada müəyyən nüanslar var”, - deyə Overçuk bildirib.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov Astanada Ermənistanın Avrasiya İqtisadi Birliyində üzvlüyü ilə bağlı vəziyyətin “praktiki müzakirəsinin” keçirildiyini açıqlamışdı.
Alpər Mövludoğlu
Ordu.az