“Tasnim”: İran və ABŞ arasında saziş layihəsində dəyişiklik edilib

2026/05/1780062146.jpg
Oxunub: 341     17:40     29 May 2026    
İran və ABŞ arasında münaqişənin nizamlanmasına dair saziş layihəsinin mətni son günlər ərzində dəyişdirilib və hələ yekun razılaşdırılmayıb.

Ordu.az xəbər verir ki, bu barədə mənbəyə istinadən “Tasnim” agentliyi məlumat yayıb.

Mənbənin sözlərinə görə, sənəd hələ təsdiqlənmədiyi üçün Qərb mətbuatında dərc olunan mətnlər ilkin saziş variantını tam əks etdirmir.

“Son bir neçə gün ərzində memorandumun mətnində müəyyən dəyişikliklər edilib”, - deyə agentliyin həmsöhbəti bildirib.

Daha əvvəl “Axios” portalı amerikalı və iranlı danışıqlar aparan nümayəndələrin qarşılıqlı anlaşma memorandumunun layihəsini razılaşdırdıqlarını və sənədin ABŞ Prezidenti Donald Trampın təsdiqini gözlədiyini yazmışdı.

Portalın məlumatına görə, saziş atəşkəs rejiminin uzadılmasını və İranın nüvə proqramı ətrafında danışıqların başlanmasını nəzərdə tutur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin