Paşinyan: “Əgər sinəsində xaç gəzdirənlərin ardınca getsəydik, bu gün İcəvanın yarısını itirmişdik”

2026/05/1780051448.jpg
Oxunub: 325     14:42     29 May 2026    
“Əgər 2024-cü ildə təzyiqlərə boyun əyib başqa yol seçsəydik, bu gün ən azı İcəvanın yarısını itirmiş olardıq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tavus vilayətində “Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı kampaniyası zamanı bildirib.

Paşinyan çıxışında ötən il Günən kəndində başlanan və erməni arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi etiraz hərəkatına toxunub.

“Onların etdikləri, o cümlədən sinəsində xaç gəzdirənlərin fəaliyyəti Ermənistan dövlətinə qarşı sui-qəsd idi. Bu gün də xaçdan istifadə edərək belə fəaliyyət göstərən insanlar var. Əgər xalqımız onların ardınca getsəydi, ən yaxşı halda bu gün sərhəd İcəvanın yarısından keçəcəkdi”, - deyə Paşinyan bildirib.

Ermənistan Baş naziri vurğulayıb ki, hazırda İcəvan təhlükəsiz və firavan şəhərdir, həmçinin Qandzakar və Günən kəndlərində məktəblər fəaliyyət göstərir.

Paşinyan əlavə edib ki, Günən kəndində yaşayan uşaqların təhlükəsizliklə bağlı narahatlığı yoxdur və kənd sakinləri gündəlik həyatlarını normal şəkildə davam etdirirlər.

O, “Müqəddəs Hərəkat”ın lideri Baqrat Qalstanyanın əvvəllər Voskepar kilsəsinin Azərbaycana veriləcəyini və Günəndə uşaqların məktəbə gedə bilməyəcəyini iddia etdiyini xatırladaraq bunun baş vermədiyini bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistanın təhlükəsizliyinin təminatçısı uzaq dövlətlər deyil, məhz Ermənistanın özüdür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin