Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını qadağan edib

2026/05/1779509399.jpg
Oxunub: 376     08:06     23 May 2026    
Macarıstan hökuməti Ukraynadan bəzi kənd təsərrüfatı məhsullarının idxalını qadağan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Telex” nəşri məlumat yayıb.

Məlumata görə, hökumətin qərarı cümə günü günorta saatlarında Macarıstanın rəsmi bülletenində dərc olunub.

Qərara əsasən, mal əti, donuz əti, qoyun və keçi əti, quş əti, yumurta, bal, tərəvəz, taxıl, un, bitki yağı və şərabın idxalına qadağa tətbiq edilir.

Bildirilib ki, qadağa yalnız Macarıstan ərazisindən tranzit keçən yüklərə şamil olunmur, lakin həmin yüklər ciddi şərtlərə tabe olacaq.

Qaydaların pozulması halında daşıyıcı məhsulun ƏDV-siz dəyərinin 100 faizinə qədər cərimələnə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Ukrayna  


Bizi "telegram"da izləyin