Tramp: “İran sazişin imzalanmasını səbirsizliklə gözləyir”

2026/05/1779474543.jpg
Oxunub: 478     22:25     22 May 2026    
ABŞ Prezidenti Donald Tramp İranın saziş imzalamağa böyük maraq göstərdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə çıxışı zamanı danışıb.

O qeyd edib ki, ABŞ dünyanın ən güclü silahlı qüvvələrinə malikdir.

Tramp Venesuelada həyata keçirilən əməliyyatları və İranla bağlı görülən tədbirləri xatırladaraq Vaşinqtonun güc nümayiş etdirdiyini vurğulayıb.

ABŞ Prezidenti bildirib ki, İran sazişin bağlanmasını səbirsizliklə gözləyir və prosesin necə nəticələnəcəyini görmək lazımdır.

Onun sözlərinə görə, Vaşinqton Tehrana ciddi zərbə endirib və başqa seçimləri olmayıb.

Tramp vurğulayıb ki, İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran   ABŞ  


Bizi "telegram"da izləyin