Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında danışıb.
“Associated Press” agentliyinin məlumatına görə, Rubio ABŞ-nin müharibənin yalnız danışıqlar yolu ilə başa çata biləcəyinə inandığını bildirib.
O qeyd edib ki, Avropada, xüsusilə Baltikyanı ölkələrdə Vaşinqtonun münaqişənin dayandırılması məsələsinə marağının azaldığı ilə bağlı narahatlıqlar mövcuddur.
Rubionun sözlərinə görə, müharibə tərəflərdən hər hansı birinin hərbi qələbəsi ilə yekunlaşmayacaq.
Dövlət katibi əvvəlki danışıqlar mərhələlərinin təəssüf ki, nəticəsiz olduğunu vurğulayıb.
Bununla yanaşı, o bildirib ki, əgər səmərəli nəticə verə biləcək danışıqlar üçün imkan yaranarsa, ABŞ vasitəçi rolunu üzərinə götürməyə hazırdır.
Sevinc Əliyeva
Ordu.az