Ordu.az xəbər verir ki, bu barədə “Press TV” telekanalı məlumat yayıb.
Məlumata görə, Muniri hava limanında İranın daxili işlər naziri Eskəndər Momeni qarşılayıb.
İran mediasının məlumatına əsasən, pakistanlı feldmarşalın səfərinin əsas məqsədi İran və ABŞ arasında davam edən danışıqları müzakirə etməkdir.
Pakistan mediası isə bildirib ki, səfər çərçivəsində Munir İranın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirəcək.
Qeyd olunub ki, bu, onun Tehrana ikinci səfəridir.
Səfər İslamabadın müharibənin yekun şəkildə dayandırılması istiqamətində vasitəçilik səylərini fəallaşdırdığı bir dövrə təsadüf edir.
Sevinc Əliyeva
Ordu.az