Lyudmila Sirko: "Ukraynanın İvano-Frankovsk vilayəti 150 mindən çox məcburi köçkünü qəbul edib"

2026/05/Ekran-1779369650.jpg
Oxunub: 262     17:00     21 May 2026    
Tammiqyaslı müharibənin başlanmasından bəri Ukraynanın İvano-Frankovsk vilayəti 150 mindən çox məcburi köçkünü qəbul edib, eyni zamanda müvəqqəti yerləşdirmə üçün 20 minə yaxın yataq yeri yaradılıb.

Ordu.az xəbər verir ki, bu barədə İvano-Frankovsk vilayət administrasiyası rəhbərinin müavini Lyudmila Sirko Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) bildirib.

Onun sözlərinə görə, region müharibənin ilk günlərindən ərazi icmaları, ictimai və dini təşkilatlar, xeyriyyə fondları və özəl sektorla birlikdə köçkünlərin yerləşdirilməsi üzrə qərargah yaradıb ki, bu da tranzit və ortamüddətli yerləşdirmə, qidalanma və zərurət olduqda tibbi yardımı təmin edib.

L.Sirko qeyd edib ki, bu gün iş sistemli və proqnozlaşdırıla bilən xarakter alıb, çünki hakimiyyət orqanları artıq gələn qrupların ehtiyaclarını anlayırlar: "Bu, bizə icmalarda yerləşdirməni və mövcud yaşayış yerlərinin istifadəsini daha dəqiq əlaqələndirməyə imkan verir".

O əlavə edib ki, regionda təqribən 2 508 nəfər üçün nəzərdə tutulmuş 50-yə yaxın müvəqqəti yaşayış yeri fəaliyyət göstərir, lakin uzunmüddətli yaşayış yeri qıtlığı qalmaqdadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Lyudmila-Sirko  


Bizi "telegram"da izləyin