Erməni nazir: “Ermənistandan Rusiyaya çiçək ixracına müvəqqəti qadağa barədə rəsmi bildiriş daxil olmayıb”

2026/05/1779361471.jpg
Oxunub: 354     15:03     21 May 2026    
“Ermənistandan Rusiyaya çiçək ixracına müvəqqəti qadağa barədə rəsmi bildiriş daxil olmayıb”.

Ordu.az xəbər verir ki, bu barədə mayın 21-də hökumət iclasından sonra jurnalistlərlə söhbətində Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib.

Erməni nazir qeyd edib ki, müvafiq məhdudiyyətləri şərh edə bilməz.

Papoyanın sözlərinə görə, “Rosselxoznadzor”un mütəxəssisləri artıq Ermənistana gəliblər.

“Onlar ayrı-ayrı şirkətlərdə yoxlamalar aparırlar. Söhbət əvvəllər Rusiya bazarına girişinə qadağa qoyulmuş müəssisələrdən gedir. Müsbət rəy verildiyi halda ixrac imkanı bərpa olunacaq.

Düşünürəm ki, bunlar cari iş məsələləridir. İstisna etmirəm ki, Ermənistanda elə qüvvələr var ki, erməni istehsalçıların Rusiyada problemlə üzləşdiyi vəziyyət yaratmağa çalışırlar. Biz belə məlumatları mütəmadi alırıq. Bununla yanaşı, məsələləri həll etməyə nail oluruq”, - deyə erməni hökumət nümayəndəsi bildirib və “Wildberries” və “Ozon” şirkətləri ilə bağlı vəziyyəti nümunə göstərib.

Onun sözlərinə görə, həmin problemlər artıq tənzimlənib.

Papoyan vurğulayıb ki, vəziyyət nəzarət altındadır.

“Rusiya tərəfdaşları ilə fəal iş aparılır. Buna görə də ümumilikdə ciddi problem gözlənilmir”, - deyə erməni nazir bildirib.

Qeyd edək ki, “Rosselxoznadzor” mayın 22-dən etibarən Ermənistandan gül idxalına, istixana təsərrüfatlarının yoxlanılması başa çatana və nəticələr yekunlaşdırılana qədər müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin