Ordu.az xəbər verir ki, bu barədə həftəlik brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi Birliyi tədbirlərində iştirakdan imtina etməsi artıq ənənəyə çevrilib, lakin bu, birliyin işinə təsir etməyəcək.
“Bu, artıq ənənəyə çevrilir (Paşinyanın AİB tədbirlərində olmaması), bunu, bildiyimiz kimi, Nikol Paşinyan özü formalaşdırıb. Təbii ki, bunun birliyə faciəvi təsiri yoxdur. Problem yalnız Ermənistanın özündədir”, - deyə o, brifinqdə qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az