Erməni siyasi xadim Paşinyana qarşı cinayət işi açılması tələbi ilə müraciət edib

2026/05/1779360846.jpg
Oxunub: 343     14:53     21 May 2026    
Müxalif “Güclü Ermənistan” partiyasının deputatlığa namizədi Aram Vardevanyan baş nazir Nikol Paşinyana qarşı cinayət işi açılması tələbi ilə müraciət edib.

Ordu.az xəbər verir ki, Vardevanyan müraciətində Paşinyanın seçkiqabağı kampaniya zamanı müxalifətə qarşı səsləndirdiyi bəzi ifadələri xatırladıb.

O, Paşinyanın “siz qorxaq hamballarsınız”, “hamınızı diz çökdürəcəyəm”, “maskalarınızı bir-bir yerinizə soxacağam” kimi ifadələr işlətdiyini qeyd edib.

Vardevanyanın fikrincə, bu ifadələr Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət tərkibi yaradır.

O bildirib ki, burada zorakılığa açıq çağırış, psixoloji təzyiq, nifrət, ayrı-seçkilik, dözümsüzlük və düşmənçiliyin təşviqi əlamətləri mövcuddur.

Vardevanyan baş prokurora ünvanladığı müraciətdə vurğulayıb ki, Nikol Paşinyan vəzifəsindən irəli gələn təsir imkanlarından istifadə edərək insanların milli mənsubiyyətinə, siyasi və digər baxışlarına görə zorakılığa açıq şəkildə haqq qazandırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vardevanyan   Paşinyan  


Bizi "telegram"da izləyin