Ordu.az xəbər verir ki, bundan əvvəl partiyanın seçki siyahısındakı 50 namizəd namizədliyini geri götürmüşdü.
Partiyanın açıqlamasında bildirilib ki, onlar uğur qazanacaqları təqdirdə 100 günlük hökumət qurmaq, vəd edilən üç dəyişikliyi həyata keçirmək və növbədənkənar seçkilər təşkil etmək niyyətindədirlər.
“Əgər bunu etmək mümkün olmasa, “hamıya qarşı” seçicilərinin səsləri hesabına beş il müxalifət deputatı kimi fəaliyyət göstərmək niyyətində deyilik və mandatlarımızdan imtina edəcəyik”, - deyə partiyanın bəyanatında vurğulanıb.
Partiya qeyd edib ki, mandatlardan imtina prosesinin hüquqi baxımdan uzun çəkməsi səbəbindən bunu əvvəlcədən təmin etmək üçün hüquqi mexanizm tapılıb.
Ermənistan MSK ilə aparılan hüquqi məsləhətləşmələrdən sonra siyahıdan 50 nəfər çıxıb və daha 12 nəfər də çıxacaq. Nəticədə siyahıda 25 namizəd qalacaq.
Partiya bildirib ki, bununla həm planlaşdırılan dəyişiklikləri, həm də mandatlardan imtina prosesini uzun gecikmələr olmadan həyata keçirmək mümkün olacaq.
Alpər Mövludoğlu
Ordu.az