Ukrayna 2 min km mənzilə malik RUTA “Block 3” raketini sınaqdan keçirəcək

2026/05/kope--1779130757.jpg
Oxunub: 611     22:58     18 May 2026    
Avropanın müdafiə şirkətləri “Destinus” və “Rheinmetall” Ukraynada sınaqdan keçirilməsi planlaşdırılan yeni nəsil RUTA “Block 3” raketinin hazırlanmasını sürətləndirir.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Şirkətin açıqlamasına əsasən, sistemin uçuş sınaqlarına 2027-ci ildə başlanması planlaşdırılır.

Məlumata görə, 2 min kilometrə qədər mənzilə malik olacaq RUTA “Block 3” hazırda döyüş istifadəsindən seriyalı istehsal mərhələsinə keçən mövcud RUTA raket arxitekturası əsasında hazırlanacaq.

Qeyd olunub ki, RUTA “Block 1” raketinin Niderlandda seriyalı istehsalı artıq davam edir və “Destinus” Avropadakı sənaye şəbəkəsi vasitəsilə RUTA ailəsinin illik istehsal gücünü artırır.

Ukraynanın “Brave1” müdafiə texnologiyaları platformasının dəstəyi ilə hazırlanan və hazırda Ukraynada uçuş sınaqları davam edən RUTA “Block 2” raketinin isə 2026-cı ildə genişmiqyaslı istehsala keçəcəyi gözlənilir.

Bildirilir ki, RUTA “Block 3” Avropa mərkəzli uzaqmənzilli hücum sistemi kimi formalaşdırılır və proqram tamamilə Avropa nəzarəti altında saxlanılacaq.

Şirkət açıqlamasında proqramın məqsədinin Avropanın uzaqmənzilli hücum imkanlarını məhdud ehtiyatlardan davamlı sənaye istehsalı səviyyəsinə çıxarmaq olduğu vurğulanıb.

Məlumata görə, Niderlandda yerləşən “Destinus” müəssisəsi RUTA ailəsinin əsas mühəndislik, layihələndirmə və istehsal mərkəzi kimi fəaliyyət göstərir.

Ukraynada isə şirkətin həm RUTA “Block 3”ün hazırlanmasına və əməliyyat sınaqlarına dəstək verəcəyi, həm də raketin kritik komponentlərini yerli şəkildə istehsal edəcəyi bildirilib.

Almaniyada yaradılan “Rheinmetall Destinus Strike Systems” birgə müəssisəsinin Bundesver başda olmaqla digər müştərilər üçün seriyalı istehsal, sertifikatlaşdırma və yekun sistem inteqrasiyasına cavabdeh olacağı qeyd olunub.

“Rheinmetall”in “Unterlüß” müəssisəsində istehsalın 2026-2027-ci illərdə RUTA “Block 1” və RUTA “Block 2” ilə başlaması planlaşdırılır.

Məlumata görə, RUTA “Block 3” yeni nəsil turbojet mühərriklə təchiz ediləcək və 250 kq sinfinə məxsus döyüş başlığı daşıyacaq.

Raketin GNSS siqnallarının bloklandığı şəraitdə fəaliyyət göstərə bilən avtonom naviqasiya infrastrukturu, terminal aşkarlama və yönləndirmə sistemləri ilə təchiz olunacağı bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   RUTA   Block-3  


Bizi "telegram"da izləyin