Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, fond əvvəlki administrasiya tərəfindən haqsız təqiblərə məruz qaldıqlarını iddia edən şəxslərə ödənişlərin həyata keçirilməsi üçün nəzərdə tutulub.
Bildirilir ki, bu addım ABŞ tarixində misli görünməmiş qərar hesab olunur və prezident administrasiyasına dövlət qurumu vasitəsilə vergi ödəyicilərinin vəsaitlərini bölüşdürmək imkanı yaradır.
Qeyd olunub ki, fondun yaradılması Trampın ABŞ Daxili Gəlirlər Xidmətinə qarşı qaldırdığı 10 milyard dollarlıq iddiadan imtina etməsi ilə eyni vaxta təsadüf edib.
Tramp vergi bəyannamələrinin sızmasının qarşısının alınmadığını iddia etsə də, özü heç bir ödəniş almayacaq. Bununla belə, Ədliyyə Nazirliyi ona rəsmi üzrxahlıq ediləcəyini açıqlayıb.
“Ədliyyənin siyasiləşdirilməsinə qarşı fond” adlandırılan təşəbbüsün demokratlar və hüquq müdafiə təşkilatları tərəfindən məhkəməyə veriləcəyi gözlənilir.
Tənqidçilər hesab edirlər ki, bu təşəbbüs Bayden administrasiyası dövründə “qanunsuz təqiblər” bəhanəsi ilə prezidentin siyasi müttəfiqlərinə vəsait ötürülməsi üçün korrupsiya mexanizminə çevrilə bilər.
ABŞ Baş prokurorunun səlahiyyətlərini icra edən Todd Blanş bildirib ki, dövlət aparatı heç vaxt vətəndaşlara qarşı istifadə olunmamalıdır və qurum keçmiş səhvləri düzəltmək niyyətindədir.
Onun sözlərinə görə, siyasi motivli hüquq tətbiqinin qurbanları kompensasiya almaq üçün müraciət edə biləcəklər.
Sevinc Əliyeva
Ordu.az