Tramp İranla bağlı danışıqlarda heç bir güzəştə getməyə hazır olmadığını açıqlayıb

2026/05/1779130005.jpg
Oxunub: 423     22:44     18 May 2026    
ABŞ Prezidenti Donald Tramp İranla bağlı danışıqlarda heç bir güzəştə getməyə hazır olmadığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Tramp “New York Post” nəşrinə telefon müsahibəsində danışıb.

Məlumata görə, Tramp İranın sülh sazişi ilə bağlı növbəti cavabını məyusedici adlandırıb.

O bildirib ki, hazırda heç bir məsələdə güzəştə açıq deyil. Tramp qeyd edib ki, İran yaxın zamanda nələrin baş verəcəyini bilir.

ABŞ Prezidenti mövzu ilə bağlı ətraflı danışmaqdan imtina edərək, hazırda çox hadisənin baş verdiyini deyib.

Məlumata görə, Tramp Çinə səfərindən qayıtdıqdan sonra Virciniyadakı qolf iqamətgahında milli təhlükəsizlik komandası ilə İran məsələsini müzakirə edib.

Bildirilir ki, senator Lindsi Qrem də daxil olmaqla sərt xətt tərəfdarları İranla bağlı hərbi əməliyyatların bərpasına çağırırlar.

Tramp qeyd edib ki, Tehran hazırda əvvəlkindən daha çox razılaşma əldə etmək istəyir, çünki yaxın gələcəkdə nə baş verəcəyini anlayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin