Almaniyanın xarici işlər naziri: “Türkiyə Ukrayna və İran müharibələrinin gedişinə ciddi təsir göstərə bilər”

2026/05/1779129961.jpg
Oxunub: 386     22:39     18 May 2026    
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Türkiyənin Ukrayna və İran müharibələrinin gedişinə ciddi təsir imkanlarına malik olduğunu bildirib.

Ordu.az xəbər verir ki, o, bu barədə Berlində Türkiyənin xarici işlər naziri Hakan Fidanla keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında danışıb.

Vadeful qeyd edib ki, Türkiyə həm coğrafi yaxınlığı, həm də böyük siyasi və iqtisadi əhəmiyyəti sayəsində böhran bölgələrinə təsir göstərə biləcək potensiala malikdir.

O vurğulayıb ki, Avropa İttifaqı ilə Türkiyə arasında strateji münasibətlərin daha da dərinləşdirilməsi vacibdir.

Nazir bildirib ki, Almaniya Türkiyənin Avropa İttifaqının müdafiə və sənaye siyasətinin formalaşdırılmasında daha fəal iştirakını dəstəkləyir.

Vadeful əlavə edib ki, Türkiyə Avropa İttifaqına üzv olmaq istəyirsə, Almaniya onun üçün etibarlı və dost tərəfdaş olacaq.

Bununla yanaşı, o qeyd edib ki, Türkiyə Avropa İttifaqına üzvlük üçün bütün zəruri meyarlara cavab verməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Türkiyə  


Bizi "telegram"da izləyin