Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, layihə müdafiə xərclərinin daha geniş şəkildə artırılması proqramı çərçivəsində həyata keçiriləcək.
Bildirilib ki, fövqəladə hallara, o cümlədən mümkün hücumlara daxili hazırlığın gücləndirilməsi üçün büdcə ötən ildən nəzərdə tutulsa da, konkret tədbirlər paketi hökumət tərəfindən çərşənbə günü təsdiqlənməlidir.
Qeyd olunub ki, tədbirlər Ukraynadakı müharibə fonunda hərbi xərclərin artırılmasını tamamlayacaq.
Paketə kütləvi itkilərlə işləmək üçün tibbi infrastrukturun modernləşdirilməsi, təxminən 1000 xüsusi nəqliyyat vasitəsinin və 110 min mobil çarpayının alınması, həmçinin sığınacaq sistemlərinə və əhalinin kütləvi xəbərdarlıq şəbəkələrinə investisiyalar daxildir.
2029-cu ilə qədər ayrılacaq vəsait Almaniyada dövlət borclanması ilə bağlı sərt məhdudiyyətlərdən kənar müdafiə xərcləri mexanizmi çərçivəsində maliyyələşdiriləcək.
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, mülki müdafiəyə lazımi dəstək verilmədən müdafiə qabiliyyətindən danışmaq mümkün deyil.
Daxili işlər naziri Aleksandr Dobrindt də “Bild” qəzetinə müsahibəsində mülki müdafiə üçün artıq 10 milyard avronun ayrıldığını təsdiqləyib.
Məlumata görə, Almaniya eyni zamanda ekstremizm və “hibrid müharibə” təhdidlərinə qarşı tədbirləri də gücləndirir. Buraya enerji infrastrukturuna mümkün hücumlar və dezinformasiya kampaniyaları da daxildir.
2022-ci ildə Ukraynada müharibənin başlamasından sonra Almaniya hökuməti mülki sığınacaq sisteminin yenilənməsinə başlayıb.
Ölkədə təxminən 480 min nəfər üçün nəzərdə tutulmuş 579 sığınacaq mövcuddur və onların əksəriyyəti Soyuq müharibə dövründən istifadə olunmur.
Sevinc Əliyeva
Ordu.az