Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Finlandiya Hərbi Dəniz Qüvvələrinin rəsmi saytında yayımlanan məlumata əsasən, təlimlər 2026-cı il mayın 18-dən 29-dək keçiriləcək.
Manevrlər Cənubi Finlandiya sahillərini, Arxipelaq dənizini və Finlandiya körfəzini əhatə edəcək.
Bildirilib ki, təlimlərin əsas məqsədi Baltik dənizinin şimalında mürəkkəb coğrafi və əməliyyat şəraitində birgə dəniz əməliyyatları imkanlarının inkişaf etdirilməsidir.
Təlimlərdə Almaniya Hərbi Dəniz Qüvvələrinin “Marine Jaeger Company” bölməsindən təxminən 100 hərbçi və ABŞ Dəniz Piyadalarından 30-a yaxın personal iştirak edəcək.
Bundan əlavə, Finlandiya Sərhəd Mühafizəsi, Müdafiə Qüvvələrinin Logistika Komandanlığı, Hərbi Hava Qüvvələri və “Utti” alayının bölmələri də manevrlərə cəlb olunacaq.
Məlumata görə, təlimlər zamanı Finlandiyanın cənub sahilləri və Baltik dənizinin şimal hissəsində intensiv hava fəaliyyəti həyata keçiriləcək.
Təşkilatçılar xüsusilə dəniz və hava mühitində istifadə olunacaq insansız sistemlərin sınağına xüsusi diqqət yetiriləcəyini bildiriblər.
Ümumilikdə təlimlərdə təxminən 3 min hərbi personalın iştirak edəcəyi, onların böyük hissəsinin ehtiyatda olan hərbçilər və Finlandiya Müdafiə Qüvvələrinin əməkdaşlarından ibarət olacağı qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az