Ordu.az xəbər verir ki, qurum ümumilikdə 30 ştat üzrə 4/B statuslu müqaviləli personal qəbul edəcək.
Məlumata görə, vakansiyalar ali, orta ixtisas və orta məktəb məzunları üçün müxtəlif vəzifələri əhatə edir.
Namizədlər müraciətlərini 2026-cı il mayın 15-dən iyunun 5-dək “kariyerkapisi.gov.tr” platforması üzərindən onlayn şəkildə təqdim edə bilərlər.
Şəxsi qaydada, poçt və ya kuryer vasitəsilə göndərilən müraciətlərin qəbul olunmayacağı bildirilib.
Qeyd olunub ki, namizədlər yalnız bir vəzifə üzrə müraciət edə biləcəklər.
Təyinat hüququ qazanan şəxslərlə bağlı Türkiyənin “7315 saylı Təhlükəsizlik Araşdırması və Arxiv Yoxlaması Qanunu” çərçivəsində təhlükəsizlik araşdırması aparılacaq.
Vakansiyalar arasında mühafizə və təhlükəsizlik əməkdaşı, büro işçisi və dəstək personalı vəzifələri yer alır.
Sevinc Əliyeva
Ordu.az