SEPAH İranda böyük silah qaçaqmalçılığı cəhdinin qarşısını alıb

2026/05/1779105792.jpg
Oxunub: 338     16:03     18 May 2026    
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqdan İrana böyük həcmdə silah və sursat qaçaqmalçılığı cəhdinin qarşısını aldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

SEPAH-ın bəyanatında bildirilib ki, İraqın şimalında yerləşən və ABŞ ilə İsrailin maraqları naminə fəaliyyət göstərən müxalif silahlı qruplaşmalar ölkəyə yeni ABŞ silahları və sursatlarının böyük partiyasını keçirməyi planlaşdırıblar.

Məlumata görə, qruplaşmalar İranın şimal-qərbində yerləşən Kürdüstan vilayətinin Bane şəhəri yaxınlığında, İran-İraq sərhədi ətrafında zərərsizləşdirilib.

Xüsusi əməliyyat zamanı İran təhlükəsizlik qüvvələri ABŞ istehsalı olan böyük həcmdə silah və sursat müsadirə ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   İran  


Bizi "telegram"da izləyin