Ordu.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, təklif artıq Pakistan vasitəsilə ABŞ nümayəndələrinə çatdırılıb.
Bildirilib ki, sənəddə əsas diqqət hərbi əməliyyatların dayandırılması və etimadın möhkəmləndirilməsi tədbirlərinə yönəlib.
Bundan əvvəl “Reuters” agentliyi Pakistan tərəfinin münaqişənin dayandırılması ilə bağlı İranın yenilənmiş təklifini ABŞ nümayəndələrinə təqdim etdiyini açıqlamışdı.
Agentlik qeyd edib ki, sənəddə əsas vurğu hərbi əməliyyatların dayandırılması və qarşılıqlı etimadın gücləndirilməsi tədbirlərinə edilir.
Sevinc Əliyeva
Ordu.az