Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, regionda ABŞ və İsrailin hərbi mövcudluğu təhlükəsizliyə töhfə vermir və əksinə, bütün Yaxın Şərq üçün ciddi təhdid yaradır.
Bəqai vurğulayıb ki, xüsusilə BƏƏ son iki-üç ayda baş verən hadisələrdən dərs çıxarmalıdır.
O qeyd edib ki, xarici hərbi mövcudluq region ölkələrinin inkişafı və iqtisadi rifahı üçün təhlükə hesab olunur.
İran rəsmisi həmçinin bildirib ki, Tehran Yaxın Şərq ölkələrinin öz ərazilərini “təcavüzkarların ixtiyarına verməsinə” qəti etiraz edir.
Bəqai qonşu dövlətləri İranın rəqiblərinin təsiri altına düşməməyə çağırıb və onların region ölkələri arasında parçalanma yaratmağa çalışdığını deyib.
Sevinc Əliyeva
Ordu.az