“Financial Times”: Yaxın Şərqdəki münaqişə enerji böhranını yeni mərhələyə keçirir

2026/05/1779092809.jpg
Oxunub: 362     12:21     18 May 2026    
Yaxın Şərqdə davam edən münaqişə fonunda qlobal enerji böhranı yay mövsümünün yaxınlaşması ilə yeni mərhələyə daxil olur.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, təxminən 80 ölkə öz iqtisadiyyatını qorumaq məqsədilə fövqəladə tədbirlər görməyə başlayıb.

“Aberdeen” idarəetmə şirkətinin baş iqtisadçısı Pol Diql nəşrə açıqlamasında “Brent” markalı neftin bir barelinin qiymətinin 180 dollara çata biləcəyini bildirib.

Qeyd olunub ki, kondisionerlərdən istifadənin və xarici səyahətlərə tələbatın artması neft, dizel və aviasiya yanacağı təchizatında vəziyyəti daha da ağırlaşdıra bilər.

Nəşr yazır ki, iqtisadçılar dünya ehtiyatlarının rekord sürətlə azalması səbəbindən neft qiymətlərində yeni sıçrayışı istisna etmirlər.

Avropa İttifaqının nəqliyyat və turizm məsələləri üzrə komissarı Apostolos Tsitsikostas bildirib ki, Yaxın Şərqdəki münaqişə yaxın həftələrdə həll olunmasa, “qlobal resessiya qaçılmaz ola bilər”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaxın-Şərq   Münaqişə  


Bizi "telegram"da izləyin