Türkiyə müdafiə sənayesi məhsulları İzmirdə nümayiş etdirilib

2026/05/1779087975.jpg
Oxunub: 456     11:08     18 May 2026    
İzmir şəhərində keçirilən EFES-2026 Birləşmiş, Müştərək və Döyüş Atışlı Səhra Təlimi çərçivəsində açılan müdafiə sənayesi sərgisi ziyarətçiləri qəbul edir.

Ordu.az xəbər verir ki, Doğanbəy Təlim Sahəsində təşkil edilən sərgidə müdafiə sənayesi sahəsində fəaliyyət göstərən 55 şirkət iştirak edib.

“Baykar”, ASELSAN və ROKETSAN başda olmaqla çoxsaylı şirkətlər hazırladıqları texnologiyaları iştirakçılara təqdim edib.

Vətəndaşların böyük maraq göstərdiyi sərgidə nümayiş olunan robot itlər ziyarətçilərin diqqətini çəkib.

Ziyarətçilərdən Əhməd Canatan “Anadolu” Agentliyinə açıqlamasında Türkiyənin müdafiə sənayesində çatdığı səviyyənin onları sevindirdiyini bildirib. O qeyd edib ki, ölkənin müdafiə sənayesində xarici asılılıqdan qurtulması və bu sahədə ciddi ekosistemin formalaşması qürurvericidir.

“Bir çox müəssisənin bu müqəddəs yolda rol almaq istədiyini və bütün enerjisini həvəslə ortaya qoyduğunu görürəm. Çox xoşbəxtəm və qürurluyam. Bütün əməkdaşları və şirkətləri ürəkdən təbrik edirəm”, - deyə Canatan bildirib.

Onun sözlərinə görə, bu işləri canlı şəkildə görmək televiziya görüntülərindən daha fərqli təsir bağışlayır. Ziyarətçilərdən Əminə Dəmirəl isə Türkiyə müdafiə sənayesi ilə fəxr etdiyini deyib.

O bildirib ki, nümayiş etdirilən işlərin hər biri dəyərlidir və Türkiyənin bu sahədə mühüm uğurlar əldə etdiyini göstərir. Dəmirəl həmçinin ölkənin müdafiə sənayesindəki inkişafların qürur hissi yaratdığını vurğulayıb.

Sərginin sabah başa çatacağı bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-sənayesi   İzmir  


Bizi "telegram"da izləyin