Ordu.az xəbər verir ki, bu barədə “Nanfang Ribao” qəzeti məlumat yayıb.
Məlumata görə, üç nəfər itkin düşmüş hesab olunur. Təbii fəlakət nəticəsində ən azı 13 yaşayış evinə ciddi ziyan dəyib.
Bildirilib ki, dörd nəfər xəstəxanaya yerləşdirilib. Hazırda fövqəladə xidmət orqanları axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Çinin Seysmologiya İdarəsi zəlzələ ilə bağlı dörd səviyyəli fövqəladə reaksiya sistemində üçüncü səviyyəni aktivləşdirib.
Qeyd edilib ki, birinci səviyyə ən yüksək təhlükə səviyyəsi hesab olunur. Zəlzələ mayın 18-nə keçən gecə baş verib. Yeraltı təkanların episentri Lyuçjou şəhər dairəsinin Lyunan rayonunda yerləşib. Zəlzələ ocağının 8 kilometr dərinlikdə olduğu bildirilib.
Məlumata görə, Lyuçjou şəhərində 4 milyondan çox insan yaşayır.
Sevinc Əliyeva
Ordu.az