Ordu.az Yaxın Şərqlə bağlı son inkişafları təqdim edir.
Məlumata görə, təmaslar qeyri-müntəzəm xarakter daşıyır və hələlik nəticə verməyib. Bununla yanaşı, İsrail elan edilən atəşkəsə baxmayaraq Livan ərazisinə zərbələri davam etdirir.
Bu addımlar atəşkəs rejiminin faktiki pozulmasını göstərir. Region ümumilikdə uzunmüddətli eskalasiya vəziyyətində qalır və gərginliyin daha da artması riski davam edir.
Məlumata görə, Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri bazar günü İran tərəfindən buraxılan üç zərbə pilotsuz uçuş aparatını məhv edib.
Bundan başqa, Donald Tramp “Truth Social” platformasında İrana qarşı əməliyyatların mümkün davamına işarə edən paylaşım edib.
Eyni zamanda, İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ tərəfindən Hörmüz boğazının blokadası davam etdiyi halda Fars körfəzinin cənubunda yerləşən bütün ABŞ bazalarını sıradan çıxarmağa hazır olduğunu bəyan edib.
Sevinc Əliyeva
Ordu.az