Livanın cənubunda tarixi zeytun bağları məhv edilib

2026/05/1778958917.jpg
Oxunub: 359     09:22     18 May 2026    
Livanın cənub bölgələrində hərbi əməliyyatlar nəticəsində çoxillik zeytun bağlarının geniş əraziləri məhv olub.

Ordu.az xəbər verir ki, bu barədə Livan Kənd Təsərrüfatı Nazirliyinin baş direktoru Lueys Lahud “RIA Novosti” agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, İsrail ordusunun zərbələri və hərbi əməliyyatları ölkənin cənubundakı kənd təsərrüfatına ciddi ziyan vurub.

Lahud qeyd edib ki, zeytun bağları ilə yanaşı meyvə bağları, mövsümi əkin sahələri və heyvandarlıq təsərrüfatları da dağıdılıb.

O vurğulayıb ki, hərbi əməliyyatlar səbəbindən Livan bir sıra əsas məhsulların çatışmazlığı ilə üzləşib.

Bu səbəbdən hakimiyyət orqanları qonşu ölkələrdən müvəqqəti idxala icazə verməyə məcbur olub.

Məlumata görə, Livanın iqtisadiyyat naziri Amer Bisat mayın 17-də İranla müharibə və Hörmüz boğazının blokadası fonunda ciddi iqtisadi sarsıntı təhlükəsi barədə xəbərdarlıq edib.

Nazirin sözlərinə görə, müharibədən zərər görmüş bölgələrin bərpası üçün ilkin mərhələdə ən azı 7 milyard dollar tələb olunacaq.

Ümumi iqtisadi ziyanın isə 20 milyard dollara qədər çata biləcəyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin