Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, dəyişiklik İsrail parlamenti tərəfindən yaxın zamanda qəbul edilən terrorçular üçün ölüm hökmü haqqında qanunun praktiki tətbiqinə imkan verir.
Bildirilib ki, müdafiə naziri Katsın göstərişi ilə imzalanan dəyişiklik İudeya və Samariya dairəsində terrorçulara qarşı ölüm hökmünün qanun çərçivəsində tətbiqinə şərait yaradacaq.
Nazirlik vurğulayıb ki, bu qanun İsrail siyasətində açıq və birmənalı dəyişiklik hesab olunur.
Qeyd edilib ki, qərar 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının həyata keçirdiyi hücuma cavab olaraq qəbul edilib.
Sevinc Əliyeva
Ordu.az