SEPAH ABŞ-nin bütün bazalarını məhv etməklə hədələyib

2026/05/1779081080.jpg
Oxunub: 539     09:11     18 May 2026    
İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ tərəfindən Hörmüz boğazının blokadası davam etdiyi halda Fars körfəzinin cənub hissəsində yerləşən bütün ABŞ hərbi bazalarını sıradan çıxarmağa hazır olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi İbrahim Zülfüqari yaxın gələcəkdə Fars körfəzinin cənub hissəsində yerləşən bütün ABŞ hərbi bazalarının deaktiv ediləcəyini bildirib.

Bəyanat Birləşmiş Ərəb Əmirliklərinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qalmasından sonra səsləndirilib.

Bildirilir ki, pilotsuz uçuş aparatlarından biri Əl-Dafra bölgəsində yerləşən “Baraka” atom elektrik stansiyasının yaxınlığındakı generatora zərbə endirib və nəticədə yanğın baş verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   ABŞ   İran  


Bizi "telegram"da izləyin