Ordu.az xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, pilotsuz uçuş aparatları Səudiyyə Ərəbistanının hava məkanına daxil olduqdan sonra vurulub.
Müdafiə qurumunun nümayəndəsi general-mayor Türki əl-Maliki bildirib ki, pilotsuz uçuş aparatları İraq ərazisindən buraxılıb.
O qeyd edib ki, Səudiyyə Ərəbistanı krallığın suverenliyinə, vətəndaşlarının və sakinlərinin təhlükəsizliyinə qarşı istənilən təhdidə cavab vermək hüququnu özündə saxlayır.
Əl-Maliki əlavə edib ki, ölkə lazımi vaxtda və uyğun yerdə cavab tədbirləri görəcək və bütün zəruri operativ addımları atacaq.
Sevinc Əliyeva
Ordu.az