Ordu.az xəbər verir ki, bu barədə senator Lindsi Qrem “X” sosial şəbəkəsində paylaşım edib.
Qrem bildirib ki, prezident Donald Trampa Rusiyanı dəstəkləməyə davam edən ölkələrə qarşı sanksiyalar tətbiq etmək imkanı verəcək qanun layihəsi hazırlanır.
Onun sözlərinə görə, sözügedən qanun layihəsi Trampa beynəlxalq arenada liderlik nümayiş etdirmək və ABŞ-nin maraqlarını ön planda saxlamaq üçün əlavə vasitə təqdim edəcək.
Senator qeyd edib ki, bəzi ölkələr Rusiyadan ucuz neft almaqla ona dəstək göstərməkdə davam edir.
Sevinc Əliyeva
Ordu.az