Ordu.az xəbər verir ki, bu barədə NNA agentliyi məlumat yayıb.
Məlumata görə, tərəflər regionda mövcud gərginlik fonunda hər iki ölkədə baş verən hadisələri müzakirə ediblər.
Prezident Aun “Livan xalqının regionun yaşadığı bu çətin dövrdə küveytli bacı və qardaşları ilə həmrəy olduğunu” bildirib.
Küveyt əmiri isə göstərilən dəstəyə görə təşəkkür edib.
Əl-Sabah qeyd edib ki, Küveyt hər zaman Livanı və onun xalqını dəstəkləyir.
O vurğulayıb ki, Küveyt xüsusilə bu böhranlı mərhələdə Livanın təhlükəsizlik və sabitliyə nail olmaq, həmçinin bütün ərazisi üzərində suverenliyini bərpa etmək istiqamətində atdığı addımları dəstəkləyir.
Sevinc Əliyeva
Ordu.az