Ordu.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əməliyyatlar nəticəsində 48 tank sıradan çıxarılıb.
Məlumata görə, “İslam müqaviməti” qüvvələri atəşkəs rejiminin pozulmasına cavab olaraq 15 komanda məntəqəsinə, üç kazarmaya, iki hərbi bazaya, yeddi artilleriya mövqeyinə və bir helikopter meydançasına hücum edib.
Təşkilatın açıqlamasında son bir ay ərzində idarəolunan raketlər və kamikadze pilotsuz uçuş aparatları vasitəsilə 48 tankın, 18 zirehli transportyorun və 12 yolsuzluq avtomobilinin tam və ya qismən sıradan çıxarıldığı qeyd olunub.
İsrail ordusunun şəxsi heyəti arasında itkilərlə bağlı dəqiq məlumat verilməyib.
Qeyri-rəsmi hesablamalara əsasən, ölən və yaralanan İsrail hərbçilərinin ümumi sayı təxminən 250 nəfər təşkil edir.
Sevinc Əliyeva
Ordu.az