İran Müdafiə Nazirliyi ABŞ-nin qlobal hegemonluğunun çökdüyünü bildirib

2026/05/1779040868.jpg
Oxunub: 499     22:01     17 May 2026    
İran Müdafiə Nazirliyinin nümayəndəsi Rza Talayi-Nik ABŞ və İsrailin İrana qarşı apardığı müharibənin dünya nizamını dəyişdirdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Talayi-Nikin sözlərinə görə, “üçüncü məcburi müharibə” nəticəsində ABŞ-nin qlobal hegemonluğu çöküb.

O qeyd edib ki, İran xalqı və silahlı qüvvələri istənilən təhdid və ya təcavüzə qətiyyətli cavab verməyə hazırdır.

“Amerikanın təkqütblü sistemi sona yaxınlaşır və dünya 2026-cı il fevralın 28-də baş vermiş Ramazan müharibəsi, həmçinin İran xalqının cəsarətli müqaviməti və müdafiəsi fonunda çoxqütblü sistemə doğru hərəkət edir”, - deyə İran Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin