CENTCOM: Hörmüz boğazında 80-dən çox ticarət gəmisi saxlanılıb

2026/05/1778995929.jpg
Oxunub: 432     21:14     17 May 2026    
ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarının blokadası başlayandan bəri Hörmüz boğazında 81 ticarət gəmisini saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"Bu günə qədər blokada rejimini təmin etmək məqsədilə 81 kommersiya gəmisinin istiqaməti dəyişdirilib, 4-ü isə sıradan çıxarılıb", - məlumatda bildirilir.

CENTCOM-un məlumatına görə, hazırda İranın dəniz blokadasını Ərəbistan dənizində növbətçilik çəkən 20-dən çox ABŞ hərbi gəmisi təmin edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CENTCOM   Hörmüz  


Bizi "telegram"da izləyin